Avropa İttifaqı Azərbaycana başsağlığı verdibackend

Avropa İttifaqı Azərbaycana başsağlığı verdi

“Avropa İttifaqı (Aİ) sülhdolu, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır”.

KONKRET.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko tviterdə yazıb.

O, Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarını ziyarət etdiyini bildirib.

“Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*