Avropa İttifaqı Fərhad Əhmədova qarşı sanksiyaları ləğv edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Avropa İttifaqı rusiyalı iş adamı Qriqori Berezkinə, “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqinə və Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədova qarşı sanksiyaları uzatmaq niyyətində deyil.
Qeyd edək ki, Aİ-nin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin müddəti sentyabrın 15-də başa çatır.
Burhan,
KONKRET.az