Avropa İttifaqı Jirinovskiyə qarşı sanksiyaları LƏĞV ETDİbackend

Avropa İttifaqı Jirinovskiyə qarşı sanksiyaları LƏĞV ETDİ

Avropa İttifaqı aprelin 6-da vəfat edən Liberal Demokrat Partiyasının qurucusu və keçmiş sədri Vladimir Jirinovskini Rusiya əleyhinə sanksiyalar siyahısından çıxarıb.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bankir Mixail Fridmanın keçmiş həyat yoldaşı Olqa Aiziman və iş adamı Əlişir Usmanovun bacısı Saodat Nərziyeva da sanksiya reyestrindən çıxarılıb.

“Aİ Şurası Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini pozan məhdudlaşdırıcı tədbirlərin müddətini 2023-cü il martın 15-dək uzatmaq qərarına gəlib”, – Avropa İttifaqının rəsmi jurnalında deyilir.

Sanksiya siyahısına edilən dəyişikliklər jurnalın saytında dərc olunub.

Qeyd edək ki, bu siyahı 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra yaradılıb. Ümumilikdə reyestrdə Rusiyadan olan 1200-dən çox fiziki və 108 hüquqi şəxs var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*