Avropa İttifaqı Şurası nəhayət, Rusiya Federasiyasına qarşı sanksiyaların altıncı paketini, o cümlədən Rusiyadan neft və neft məhsullarının dənizlə tədarükünü təxirə salan embarqonu qəbul edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının cümə günü dərc olunmuş qərarında deyilir.
“Xam neftin tədarükünə qoyulan qadağa 6 ay, neft məhsulları üçün 8 ay təxirə salınıb. Bundan əlavə, Bolqarıstan və Xorvatiya Rusiyadan xam neftin dəniz idxalı ilə bağlı müvəqqəti istisnalar alacaq”, – sənəddə deyilir.
Sanksiyalar cümə günü Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.
Yeni sanksiyalar paketinə aşağıdakılar daxildir:
Hər bir ölkə öz ərazisində “Rossiya-24”, “RTR-Planeta”, “TV-Center” telekanallarının yayımını dayandırır, Sberbank, Rosselxozbank, MCB və Belarusun İnkişaf və Yenidənqurma Bankı SWIFT-dən ayrılır, konsaltinq, audit və PR xidmətlərinə qadağa qoyulur,
bulud xidmətlərinə giriş məhdudlaşdırılır, Rusiya neftinin tədarükünə qismən embarqo tətbiq edilir, Bolqarıstan və Xorvatiya Rusiyadan neft və neft məhsullarının dəniz tədarükünə qoyulan qadağadan müvəqqəti azad edilir.
Roman Göytürk,
KONKRET.az