backend

Avropa İttifaqı Suriyanı ölüm hökmünün ləğvinə çağırdı

Avropa İttifaqı (Aİ) Suriyada ölüm hökmünün tətbiqini pisləyib və Dəməşqi bu təcrübədən tamamilə əl çəkməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi bildirib.

“Avropa İttifaqı dünyada ölüm hökmünün ləğvi üzərində işləməkdə davam edir, Suriyanı da bu cəzanın ləğvi ilə bağlı qlobal tendensiyaya qoşulmağa çağırır”, – Aİ nümayəndəsi deyib.

Bundan əvvəl Suriya Ədliyyə Nazirliyi 2020-ci ildə meşələri yandırmaqda günahkar bilinən 24 nəfərin edam edildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*