Avropa İttifaqı Ukraynaya 6,6 milyard avro yardım ayrımağa hazırlaşırbackend

Avropa İttifaqı Ukraynaya 6,6 milyard avro yardım ayrımağa hazırlaşır

Cümə axşamı Avropa İttifaqı liderləri Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün Avropa Sülh Fondundan 6,6 milyard avro ayırmağı nəzərdən keçirəcəklər. Lakin Macarıstanın baş naziri Viktor Orbanın qərarını dəyişməyəcəyi və onun bu layihəyə veto qoyacağı ehtimalı var.

KONKRET.az xəbər verir ki, bu barədə “EUobserver” portalı məlumat yayıb. Məlumata görə, Avropa İttifaqı Budapeştə təzyiq göstərməyə çalışacaq. Lakin ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl yekdil qərar tələb edən bu məsələdə irəliləyiş gözləmək yersizdir.  Həmçinin Aİ-nin dövlət və hökumət başçıları səviyyəsində Kiyevə 45 milyard avroluq kreditin razılaşdırılması üçün səy göstəriləcək. Amma onlar yenə də Orbanın razılığını ala bilməyəcəklərindən ehtiyatlanırlar.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*