Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ ölkələrini Qərb silahları ilə Rusiyadakı hava limanlarına və atış obyektlərinə zərbə endirməsinə icazə verməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, həftəlik bloqunda məlumat yayıb.
“Mən çağırış etdim ki, Ukrayna Qərb silahları ilə Rusiyanın hava limanlarını, obyektlərini hədəf alsın”, deyə o vurğulayıb.
Eyni zamanda, Borrell qeyd edib ki, hələ hamı bu tədbirlə razı deyil:
“Lakin biz söz verdik ki, Ukraynaya lazım olan hər dəstəyi verəcəyik və bu qış çox həlledici olacaq”.
Günel Mikayılova,
KONKRET.az