Avropa İttifaqı Almaniyanın etirazlarına baxmayaraq, Çindən gələn elektrik avtomobillərinə 45%-ə qədər tariflərin tətbiqini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, keçirilən səsvermə yetkil olmayıb. Belə ki, 10 ölkə məsələnin lehinə səs verib: Fransa, İtaliya, Hollandiya, Polşa, Danimarka, İrlandiya, Bolqarıstan, Estoniya, Litva və Latviya. (AB əhalisinin 45,99%-i)
Bitərəf qalan isə 12 ölkə olub: Belçika, Çexiya, Yunanıstan, İspaniya, Xorvatiya, Cənubi Kipr, Lüksemburq, Avstriya, Portuqaliya, Rumıniya, İsveç və Finlandiya. (31,36%)
Beş ölkə isə qoyulan təklifin əleyhinə səs verib: Almaniya, Macarıstan, Malta, Sloveniya və Slovakiya. (22,65%)
Aİ ölkələri Çinin cavab olaraq ala biləcəyi qisasdan narahatdır.
Natiq Səlim,
KONKRET.az