Avropa İttifaqının ofisi külə çevrildi – FOTObackend

Avropa İttifaqının ofisi külə çevrildi - FOTO

Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqidə Avropa İttifaqının (Aİ) nümayəndəliyinin bina kompleksi yanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin MAR-dakı səfiri Duqlas Darius Karpenter “Twitter“də bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Bildirilib ki, yanğın dekabrın 19-na keçən gecə baş verib. Hadisənin təfərrüatları məlum deyil.

Qeyd edək ki, dekabrın 16-da Mərkəzi Afrika Respublikasında “Rus evi” Mədəniyyət Mərkəzinin direktoru Dmitri Sıtıy sui-qəsd nəticəsində ağır yaralanıb. O, poçtla gətirilən içərisində partlayıcı olan bağlamanı açıb. Onun vəziyyəti hələ də ağırdır. Rusiya Xarici İşlər Nazirliyi partlayışı terror aktı hesab edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*