Avropa Məhkəməsinə ilk dəfə qadın sədrlik edəcəkbackend

Avropa Məhkəməsinə ilk dəfə qadın sədrlik edəcək

Avropa İnsan Hüquqları Məhkəməsinin yeni Prezidenti seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün Siofra O’Liri (İrlandiya) yeni Prezident seçilib.

Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qadın Prezidenti olacaq xanım O’Liri Robert Spanonu (İslandiya) bu postda əvəzləyəcək. O, vəzifəsinin icrasına 2022-ci il noyabrın 1-dən başlayacaq.

Qeyd edək ki, yeni Prezident 2022-ci ilin yanvarından bəri vitse-prezident idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*