Avropa Parlamenti Ərdoğanın qələbəsini HƏZM EDƏ BİLMƏDİbackend

Avropa Parlamenti Ərdoğanın qələbəsini HƏZM EDƏ BİLMƏDİ

Avropa Parlamenti Ərdoğanın qələbəsindən sonra Ankara ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara son qoymağa çağırıb.

KONKRET.az xəbər verir ki, bunu WAZ-a müsahibəsində Avropa Parlamentinin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber deyib.

Veber hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın növbəti qələbəsindən sonra Ankara ilə Brüssel arasında gələcək əməkdaşlıqla bağlı sualı cavablandırıb.

O bildirib ki, nə Avropa Birliyi, nə də Türkiyə artıq ölkənin Avropa Birliyinə üzv olmasını istəyir.

“Son illər göstərdi ki, Aİ ilə Türkiyə arasında sıx tərəfdaşlıq vacibdir. Lakin heç kim Türkiyənin Aİ-yə tam üzv olmasını istəmir, nə Türkiyə, nə də Aİ”, – deyə Veber vurğulayıb.

Bu səbəbdən Avropa Parlamentinin deputatı Ankara ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara son qoymağa çağırıb.

Veberin bəyanatı Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezident seçkilərində qalib gəldiyi gün verilib. Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəddir.

Xuraman Etibarlı,

KONKRET.az

  • Fariz Hüseynov
    May 30, 2023 - 13:18

    Qoy rədd olsun Aİ

  • Elşən Məmmədov
    May 30, 2023 - 14:14

    Vaxtilə görkəmli şairimiz Bəxtiyar Vahabzadə bu barədə çox gözəl demişdir:- Türkiyə Avropanın quyruğunda sürünməkdəndisə Türk dünyasının önündə getsə daha yaxşıdır.

  • Ruşanə Babayeva
    May 30, 2023 - 20:22

    Türkiyə daha Aİ yox Turan birliyi yaratmaq strategiyasını önə çəkib Bizi istəməyəni biz dünəndən istəmirik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*