Avropa Parlamentinin binasında axtarış aparıldıbackend

Avropa Parlamentinin binasında axtarış aparıldı

Belçika polisi korrupsiya ilə bağlı təhqiqat çərçivəsində Brüsseldəki Avropa Parlamentinin binasında axtarış aparıb.

KONKRET.az xəbər verir ki, axtarışın təfərrüatları açıqlanmayıb, lakin bildirilib ki, bu, artıq qeyd edilən iş üzrə dörd gün ərzində aparılan iyirminci axtarışdır.

Xatırladaq ki, istintaq çərçivəsində Avropa Parlamentinin vitse-prezidentlərindən biri Yeva Kayli və İtaliyadan olan keçmiş deputat Pyer-Antonio Panzeri həbs edilib.

Həmçinin, federal prokurorluğun antikorrupsiya əməliyyatı çərçivəsində son aylarda Qətəri açıq şəkildə dəstəkləyən belçikalı Avropa Parlamentinin üzvü Mark Tarabellinin evində axtarış aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*