Avropa Parlamentinin GİZLİ HÜCRƏSİ – Tezislər dünyaya buradan yayılırbackend

Avropa Parlamentinin GİZLİ HÜCRƏSİ – Tezislər dünyaya buradan yayılır

Dostlar, deyirlər, əvvəl evin içi, sonra çölü. Odur ki, mən Gürcüstanda keçirilən parlament seçkilərini yox, Avroparlamentin Azərbaycan müzakirələrini izləməyə üstünlük verdim. Diqqətimi bir neçə məqam cəlb etdi, sizinlə bölüşmək istəyirəm.

Mənə elə gəldi ki, Avroparlamentin deputatları nə Ermənistan – Azərbaycan munaqişəsinin mahiyyətini, nə də Azərbaycanın problemlərini bilirlər. Əslində, onları bizim problemlər heç maraqlandırmır.

Mən onların hamısının qərəzli olduğunu deməzdim, amma hər biri heç bir izahat vermədən, sanki bir mərkəzdən idarə olunan kimi, bir-iki kəlmə tənqidi fikir söyləyib öz işlərini bitmiş hesab edirlər. Amma qərəzli olanlar da var, bunlar erməni problemini qabartmağa çalışırlar…

Deputatların eyni, ya da oxşar fikir söyləməsi adamda elə təəssürat yaradır ki, sanki Avroparlament onlara müəyyən tezislər verib və hamısı bu tezislər əsasında danışmağa çalışır. Məsələn, yeri gəldi-gəlmədi, Azərbaycanı və İlham Əliyevi tənqid etmək, Ermənistana dəstək vermək.

Seçim isə, sərbəstdir, müzakirələrdə kim hansı məqamı istəyir, onu da önə çəkir. Məsələn, biri Azərbaycanda insan haqlarının pozulmasını, o biri ermənilərin Qarabağdan qovulmasıni qabardır, amma hamısı Qubad İbadoğlunun və Anar Məmmədlinin adını vurğulayır. Maraqlıdır, adı geniş Azərbaycan auditoriyasına belə məlum olmayan Anar Məmmədlinin bu Avroparlamentin deputatları hamısı hardan tanıyır?!

Bəli, deputatlar hamısı qərəzli deyildilər, amma onların oxşar tezislər əsasında çıxışları sonda qərəzli bir qətnamənin qəbul olunmasına səbəb oldu. Qərəzli, çünki bu qətnamədə Azərbaycanın Qarabağı qəsb etməsi, yüz min erməninin qacqın düsməsi vurğulanır, amma Ermənistanın Azərbaycan toraqlarının 20 faizini isğal etməsi, on minlərlə gunahsız insanı qətlə yetirməsi, yüz minlərlə soydaşımızın qaçqın və köçkün düsməsi haqqında bir kəlmə də deyilmir…

Belə, belə işlər…

Qalib ARİF,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*