Avropa Parlamentinin sədr müavini Eva Kaylinin və onun ailə üzvlərinin Yunanıstandakı bütün əmlakına korrupsiya işi ilə bağlı aparılan istintaqa görə həbs qoyulub.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın “Skai TV” telekanalı məlumat yayıb.
Bildirilib ki, Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə İdarəsinin rəhbəri Xaralambos Vurliotis Kayli və onun ailə üzvləri üçün aktivlərin dondurulması əmrini verib.
Qeyd edək ki, Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib. Onun Brüsseldəki evində cümə günü axşam saatlarında axtarış aparılıb.
İqbal Rzayev,
KONKRET.az