backend

Avropa Rusiya təbii qazından artıq asılı deyil - ŞƏRH

İndi Türkiyə Dəclə və Fərat çaylarının su arteriyalarından əlavə, qaz arteriyası ilə də imtiyaz əldə etməyə, bununla da öz coğrafi üstünlüklərindən daha yaxşı faydalanmağa çalışır.

Xəzər dənizindən hasil olunan təbii qazın Avropa ölkəsi olan İtaliyaya nəqli Azərbaycan, Türkiyə və Avropa arasında qaz əməkdaşlığının aspektlərindən daha biridir. Artıq Türkiyə ilə Azərbaycan Avropa bazarının qaza tələbatının bir hissəsini ödəyən aktorlara çevriliblər. Ankara ilə Bakının əməkdaşlığı sayəsində Xəzər dənizinin Azərbaycana aid “Şahdəniz” yatağından təbii qazın Avropaya nəqlinə başlanılıb. Ankara, Azərbaycan qazının İtaliyaya nəqlinə başlanılmasını “Türkiyənin Avropaya enerji nəqlinin təhlükəsizliyinin təmin edilməsindəki rolunda yeni fəsil” kimi xarakterizə edir.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir ki, Azərbaycan təbii qazının Transadriatik boru xətti ilə İtaliyaya nəqlinə start verilib.

Xəzər dənizindən Avropaya çəkilmiş qaz kəməri üç hissədən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri, Transanadolu boru xətti və Transadriatik qaz kəməri. 878 kilometrlik Transadriatik qaz kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənubuna qədər uzanır. O, Transanadolu xəttinə – TANAP-a birləşir. Transatlantik boru kəməri “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi hesab olunur. Onun funksiyası Xəzər dənizi və Yaxın Şərqdən Avropaya təbii qaz nəqlidir. “Cənub Qaz Dəhlizi” ümumilikdə 3500 kilometrlik boru xəttindən ibarətdir. Onun reallaşdırılmasına 40 milyard dollar xərclənib.

İndi Xəzər hövzəsindən qazın İtaliyaya çatdırılması, Bakı-Ankara münasibətlərini möhkəmləndirməklə yanaşı, Rusiya-Avropa İttifaqı əlaqələrində də dəyişikliyə yol açacaq.

Türkiyə – su arteriyalarından qaz arteriyalarına

Dəclə və Fərat, Mesopotamiya adlanan geniş bir coğrafi ərazinin iki vacib arteriyası olaraq Türkiyədən Suriya və İraqa daxil olur. Bu iki çay bölgədəki proseslər və sivilizasiya tarixində daim mühüm rol oynayıb. Bu gün də Türkiyənin sözügedən iki ölkə, yəni İraq və Suriya qarşısında su adlı əhəmiyyətli kartı var. Bağdadla Dəməşq Türkiyənin bənd inşası siyasətinə və ümumiyyətlə, bu məsələyə yanaşmasına qarşı olsalar da, ən azı Türkiyə ilə İraq arasında suyun birgə və koordinasiyalı idarə edilməsilə bağlı ilkin şərtlərin ortada olduğu məlumdur.

Suriyaya gəldikdə, çox güman ki, gələcəkdə onun da bu məsələdə Türkiyə ilə razılığa gəlməsi üçün yollar açılacaq.

İndi Türkiyə Dəclə və Fərat çaylarının su arteriyaları ilə yanaşı, qaz arteriyası ilə də imtiyaz əldə etməyə, öz coğrafi üstünlüklərindən daha yaxşı yararlanmağa çalışır. Bu gün TANAP və “Türk axını” kimi layihələr Türkiyədən Avropaya gedən əsas qaz arteriyalarıdır. Onların Türkiyənin bu günü və gələcəyində əvəzsiz rol oynayacağını söyləmək olar.

Xüsusilə TANAP istər Türkiyə, istərsə də Azərbaycan üçün həyati əhəmiyyətə malikdir. Bu, Türkiyə, Azərbaycan, Gürcüstan və Rusiya arasında gələcək münasibətlərdə də mühüm rol oynayacaq.

TANAP Türkiyənin mərkəzindən, o cümlədən 20 vilayətindən keçir. Türkiyədə təbii qazın qiyməti hələ də yüksək olsa da, dövlət və özəl sektora böyük gəlir gətirir.

“Türk axını” isə Rusiya qazını Qara dənizin dərinliklərindən Türkiyəyə və Avropaya çatdıran strateji xətdir. Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerin szlərinə görə, bu layihənin işə düşməsindən bu yana sözügedən istiqamətdə qaz nəqli 2,2 dəfə artıb.

“Türk axını” layihəsinin açılışı 8 yanvar 2020-ci ildə olmuşdu. Mərasimdə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin də iştirak etmişdilər. Bu boru kəmərilə Rusiya qazı Qara dənizdən Türkiyə, Bolqarıstan, Yunanıstan, Şimali Makedoniya, Rumıniya, Serbiya və Bosniya və Hersoqovinaya daşınır. Qaz əvvəlcə dənizin dibi ilə Türkiyəyə, oradansa Avropaya nəql olunur. Layihə hər biri ildə 15,75 milyard kubmetr qaz nəqlinə imkan verən iki xətdən ibarətdir.

Avropa dünyanın ən böyük təbii qaz istehlakçısı sayılır. İndi Ankara və Bakının birgə fəaliyyəti ilə Avropa ölkələrinin Rusiya təbii qazından asılılığı azalacaq. Bununla yanaşı, Rusiya illərdir digər marşrutlara da sahibdir və o, təbii qazını Avropaya heç də yalnız Türkiyə vasitəsilə nəql etmir.

Qaz, elektrik enerjisi və diplomatiya

Türkiyə hər il yanacaq idxalına təxminən 50 milyard dollar xərcləyir. Ölkənin neft və qazdan asılılığı təbii ki, inkişafa maneədir. Çünki bu, istehsal, həmçinin yaşayış xərclərini artırır. Dünyada benzinin ən baha olduğu ölkələrdən biri məhz Türkiyədir. Türkiyəli fermer dünyada ən bahalı dizel yanacağı alan fermerdir. Bu ölkədə sakinlər üçün qaz və elektrik enerjisi də baha başa gəlir. Odur ki, enerji diplomatiyası Türkiyə üçün siyasi və iqtisadi cəhətdən həssas sektora çevrilib.

Belə bir şəraitdə Türkiyənin enerji nəqli və ixracı sahəsində uğur qazanması üçün region və dünya ölkələri ilə daha sıx diplomatik əlaqələrə ehtiyacı var. Faktlar göstərir ki, Rusiya, Türkiyə, Azərbaycan və Gürcüstan arasında formalaşan birgə maraqlar Türkiyənin davranışına əhəmiyyətli təsir göstərəcək.

Mənbə: TasnimNews

WorldMedia

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*