Fransa prezidenti Emmanuel Makron sosial şəbəkələrdə ABŞ və Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Böyük Britaniya və Almaniya təmsilçilərinə Yelisey sarayındakı müzakirələrə qatıldıqları üçün təşəkkür edib.
KONKRET.az-ın məlumatına görə, Makron bildirib ki, Avropa ölkələri Ukraynadakı müharibənin tez bir zamanda sona çatması üçün ABŞ Prezidenti Donald Trampın təklifini dəstəkləyiblər.
O, “Biz hamımız Ukraynada müharibənin dərhal dayandırılmasını istəyirik. Bu, Avropanın ABŞ ilə sıx əməkdaşlığını və möhkəm dəstəyini nümayiş etdirir”, – deyə vurğulayıb.
Fransa lideri həmçinin qeyd edib ki, bu gün keçirilən müzakirələr müsbət və konstruktiv olub. Atəşkəsin əldə olunması və davamlı sülhün qurulması məsələləri də müzakirə edilib. Makron, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşlərdən əvvəl və sonra əlaqə saxladığını və gələn həftə Londonda danışıqların davam edəcəyini bildirib.
Aysu İbrahimova,
KONKRET.az