Avropada avtomobil satışları 1993-cü ilin SƏVİYYƏSİNƏ DÜŞDÜbackend

Avropada avtomobil satışları 1993-cü ilin SƏVİYYƏSİNƏ DÜŞDÜ

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası 2022-ci il üçün Avropa İttifaqında avtomobillərin qeydiyyatı ilə bağlı statistikanı açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqında avtomobil satışları 1993-cü il səviyyəsinə düşüb.

Belə ki, keçən il Aİ-də 9,2 milyondan bir qədər çox avtomobil qeydiyyata alınıb. Yanvar-dekabr aylarında avropalılar 9 milyon 255 min 930 avtomobil qeydiyyata alıb ki, bu da 2021-ci illə müqayisədə 4,6 faiz azdır. Bu isə 1993-cü ildən bəri ən pis nəticədir.

Analitiklər qeyd edirlər ki, Aİ-də avtomobil bazarı hələ də aylıq satışların bir milyon avtomobili ötdüyü pandemiyadan əvvəlki səviyyədən xeyli aşağıdır.

ACEA açıqlamasında illik satışların azalması 2022-ci ilin birinci yarısında ehtiyat hissələrinin çatışmazlığı ilə bağlı olduğunu deyib.//Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*