Avropada ikinci dalğa həyəcanıbackend

Avropada ikinci dalğa həyəcanı

İspaniyada koronavirusun ikinci dalğası Avropada həyəcanın artmasına səbəb olub.

KONKRET.az “TASS”-a istinadən xəbər verir ki, İspaniyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə son sutka ərzində 922 yoluxma qeydə alınıb.

Fransa tədbir görülmədiyi təqdirdə İspaniya ilə sərhədini bağlayacağını bildirib. İspaniyada Araqon (298), Kataloniya (133), Madrid (107), Navarra (93), Andalusiya (70) yoluxma sayının ən yüksək olduğu bölgələrdir.

Ekspertlər ikinci dalğanın daha çox can alacağını düşündüklərini bildiriblər. Rəsmi qurumlar isə insanları daha da diqqətli olmağa çağırıb.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*