Avropa polisi sensasion bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, Avropanın hüquq-mühafizə orqanları köhnə qitənin kokain bataqlığında olduğu barədə həyəcan təbili çalır.
Çünki narkotik vasitələrdən istifadə gündəlik xarakter almağa başlayıb. ABŞ və Avropanın əsas uyuşdurucu bazarı isə Latın Amerikasıdır.
Xatırladaq ki, uyuşduruculardan istifadə Azərbaycanda da çoxalmaqdadır. Küçənin ortasında zombi kimi donub qalan insanların videosu da bunun təsdiqidir. Pandemiya ilə eyni vaxtda meydana çıxan “patı epidemiyası” isə ən təhlükəlilərdəndir. Və əsas bazarı İran sayılır. Görünür, azərbaycanlıları məntiqsiz fətvaları ilə tam yoldan çıxarda bilməyən fars mollalar bu metoda keçiblər.
Natiq Səlim,
KONKRET.az