Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirus infeksiyasının hələ pik nöqtəyə çatmadığını açıqlayıb.
KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
ÜST Avropa ölkələrində yoluxmanın yavaşladığını vurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,934 milyonu ötüb. Bunların təxminən 457 min nəfəri sağalıb, 120 min nəfəri isə ölüb.