“Müasir müharibənin tarixi və nəticəsi qılınc və nizə ilə yazılmır. Kimin ən qabaqcıl və müasir texnologiyası varsa, o qalib gəlir. Ermənilərin demək olar ki, bütün hərbi texnikası Rusiya istehsalı idi”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Samvel Ovanisyanın məqaləsində yer alıb.
Rusiyalı müxalif jurnalist Aleksandr Nevzorovun təbirincə desək, Bakının qələbə paradı vaxtilə ən çox rusları kədərləndirmişdi. Azərbaycanın qələbəsi onlar üçün ölümcül tamaşaya çevrilmişdi. Çünki Bakının Azadlıq meydanında nümayiş etdirilən məhz Rusiya silahları idi” – erməni analitik vurğulayıb.
“Moskva bu silahları bizə verərkən onun necə təzə və cilalanmış olduğunu göstərirdi. Lakin Azərbaycan Rusiyanın “super texnologiyası”nın əslində necə olduğunu döyüşdən sonra nümayiş etdirdi. Niyə “İsgəndər”lər Şuşanın kənarında tam gücü ilə partlamadı? Sual unudulsa da, indi onu yenidən gündəmə gətirmək lazım gələcək. Eyni zamanda qeyd etmək lazımdır ki, bizdən (Ermənistan – red) fərqli olaraq Azərbaycan Pakistan, Çexiya, İsrail və Türkiyə silahlarından istifadə edir. Biz isə ordumuzu rus nümunəsi ilə qurmuşuq. Rus ordusunun biyabırçılığını isə Ukraynada bütün dünya görür. Ruslar mülki infrastrukturu necə bombalamağı yaxşı bilirlər, lakin düşməni geri otuzduraraq yeni əraziləri ələ keçirməyi bacarmırlar” – deyə Ovanisyan öz ölkəsinin müttəfiqini kəskin tənqid edib.
Daha sonra erməni analitik fikirlərini belə davam etdirir: “Əgər daha düzgün xarici siyasət yeritsəydik, Avropanın, ABŞ-ın, hətta İranın dəstəyini alsaydıq, mübarizə aparmaq bizim üçün daha asan olardı. Amma Paşinyan hakimiyyətə gəldikdən sonra Putinlə görüşmək üçün Rusiyaya “uçmağa” davam etdi. Nikol bu addımı indi də atır. Amma bu siyasətlə heç nəyə nail olmayıb. Azərbaycan isə əksinə bütün istəklərinə çatıb. Nikol Paşinyana qarşı çoxlu şikayətlər var. Onlardan biri də Rusiya qarşısında mənasız çəkişmələrin davam etməsidir. Ancaq köhnə adamlar (Sarkisyan-Koçaryan) gəlib özlərini tüklü kimi göstərəndə və “ağıllı olmağa” cəhd edəndə, bu həqiqətən ikrah doğurur”.
Müşviq Tofiqoğlu,
KONKRET.az