İsveçin Malmö şəhərindəki “Emporia” ticarət mərkəzində atışma olub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, yerli polis rəsmiləri açıqlama verib.
Ticarət mərkəzindən şahidlərin sözlərinə görə, naməlum şəxs qəfildən insanlara atəş açmağa başlayıb.
Hadisə zamanı 2 nəfərin yaralandığı deyilir.
Qeyd edək ki, “Emporia” Skandinaviyanın ən böyük ticarət mərkəzlərindən biridir.