Avropanın sanksiyası Rusiya gəmilərini mühərriksiz qoyub – Putinə məruzə edildibackend

Avropanın sanksiyası Rusiya gəmilərini mühərriksiz qoyub – Putinə məruzə edildi

Rusiya gəmiqayırma sənayesi tanker və konteyner gəmiləri üçün lazım olan mühərrikləri idxal edə bilmir. Ukraynaya hərbi müdaxiləyə görə sanksiyalara məruz qalan ölkə dünyanın tanınmış şirkətlərindən lazım olan avadanlıqları və mühərrikləri ala bilmir.

KONKRET.az xəbər verir ki, ilk növbədə iritonajlı gəmilər üçün 10-12 MVt gücündə olan mühərriklər çatışmır.

Bununla əlaqədar olaraq, Rusiya Təhlükəsizlik Şurası prezident Vladimir Putinə gəmiqayırma üçün güclü mühərriklərin istehsalına başlamağı təklif edib. Dövlətin bu layihədə tərəfdaşı “Sinara” Holdinqi ola bilər. Layihənin ümumi dəyəri 190 milyard rubla qədər qiymətləndirilir.

Rusiyaya mühərriklərin əsas tədarükçüləri Almaniyanın “MAN”, İsveçrənin “WINGD”, Yaponiyanın Mühərrik Korporasiyası və Finlandiyanın “Wartsila” şirkətləri olub. Rusiya müəssisələri yalnız maksimum gücü 7,5 MVt-a qədər olan mühərriklər istehsal edir.

Çindən lazımi mühərriklərin tədarükü də problemli olub. Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, 2040-cı ilə qədər Rusiya ən azı 270 iritutumlu gəmi inşa etməlidir, onlardan bəziləri artıq tikilməkdədir. Onlar üçün gücü 10 MVt-dan çox olan ən azı 414 aşağı sürətli dəniz mühərriki tələb olunacaq.

Mütəxəssislərə görə, 12 MVt gücündə bir mühərrikin yaradılması ən yaxşı halda beş il çəkəcək, lakin onun hansı gəmilərdə quraşdırılacağı sualı var. Çünki Rusiyada böyük gəmilərin tikintisi üçün gəmiqayırma zavodları bəs etmir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*