Avropaya divan tutan quldur dəstələri – məhşur astronavt da onların nəslindəndirbackend

Avropaya divan tutan quldur dəstələri - məhşur astronavt da onların nəslindəndir

Mafiya termini bir qədər vahiməli səslənir və uzun tarixə malikdir. Mafiyanın yaranmasının tarixi Qədim Romayla bağlıdır.  Hələ eramızdan əvvəl 50-ci ildə Milo və Klodius quldur dəstələri Romaya nəzarət etmək üçün mübarizə aparırdılar. 6-cı əsrdə isə Konstantinopol imperatoru quldurların  dəstəyinə arxalanırdı. Orta əsrlərdə banditizm adi fəaliyyət növü idi. Qayda qanunun tam bərqərar olmadığı vaxtlarda insanlar hakimiyyəti öz əllərinə almağa çalışırdılar. Quldur dəstələrinə adətən zadəganlar və ya keçmiş əsgərlər rəhbərlik edirdilər.

KONKRET.az-ın bu dəfəki araşdırması anqlosakson quldurlarının bəzi fəaliyyəti barədədir.

Baron Con Fitzvalter

Bu adam reketçiliklə məşğul idi və insanların qorxulu yuxusuna çevrilmişdi. Con Fitzvalter o qədər nüfuz qazanmışdı  ki, hakimlər onun cinayət işlərini aparmaqdan belə imtina edirdilər. Bütün bunlara baxmayaraq o, ədalətdən qaça bilmədi. Kralın özü də Baron Fitzvalterin törətdiyi əməllərdən təngə gəlmişdi. Ona görə də quldurun  həbs edilməsi üçün xüsusi tədbirlər hazırlandı. O zindanda bir il yatdı və  847 funt sterlinq cərimə müqabilində azadlığa buraxıldı. Bu məbləği o ölənə qədər ödəyib qurtara bilmədi.

 Varant ailəsi

Qardaş və bacılardan ibarət dəstənin beş üzvü var idi. Onlar İngiltərənin şərqində quldurluqla  məşğul olurdular. Bir neçə dəfə mühakimə olunan dəstə üzvlərindən biri məhkəmənin qərarı ilə asılsa da, qalanları cəzadan yaxa qurtara bilmişdilər.

Malkolm Musard

Kral II Edvardın dövründə Vorcestersiredə yaşayıb. Bu adamın adı  daha ciddi cinayət işlərində hallanıb. Soyğunçuluq onun əsas işi olsa da qətllər və digər vəhşiliklərə də əl atıb.  Malkolm bir neçə dəfə cəzadan canını qurtara bilib. 1323-cü ildə üsyan təşkil edib, amma həbs olunub və 1326-cı ildə azad edilib. Bundan sonra da soyğunçuluq əməllərini davam etdirib

Rocer Qodberd

Robin Qud haqqında əfsanələri hər kəs eşidib.  Rocer Godbird də onun prototipi idi. O, Şervud meşəsində quldurluq edirdi. Buna görə də  Nottingem şerifi onu həbs etdi. Tarixçilərə məlum olmayan səbəbə görə kral Qodberdi əfv etdi. Bundan sonra o əvvəlki vərdişlərindən əl çəkmədi. Bir neçə dəfə həbs edilməsinə baxmayaraq həbsxanadan qaçmağı bacardı.

Conni Armstronq

Bu adam böyük bir cinayətkar dəstəyə  rəhbərlik edirdi. O,  kəndlərə, hətta şəhərlərə hücum etməkdən çəkinmirdi.  Özlərini müdafiə edə bilməyən insanlar evlərini yandırmaq məcburiyyətində qalırdılar. Özləri isə  qaçırdılar. Hakimiyyət Armstronqun cinayətlərindən xəbərdar olsa da, o, Lord Maksvellin yaxın dostu olduğu  üçün cəzadan yaxa qurtara bilirdi.  1530-cu ildə Şotlandiya kralı V Ceyms ölkəni  vicdanlı insanlara divan tutan şər ruhlardan birdəfəlik təmizləmək qərarına gəldi. Onun əmri ilə Conni Armstronq və dəstəsinin digər 24 üzvü edam edildi. Yeri gəlmişkən, amerikalı astronavt Nil Armstronq bu quldurun nəslindəndir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*