Avstraliya Azərbaycan – Ermənistan müharibəsindən nələri öyrənməlidir? – “Defence Connect”backend

Avstraliya Azərbaycan - Ermənistan müharibəsindən nələri öyrənməlidir? - “Defence Connect”

“Azəri dronu NATO-nun qorxduğu “İskəndər” raket kompleksini də məhv edib”

Azərbaycanın II Qarabağ Müharibəsində möhtəşəm qələbəyə nail olmasının səbəbi hələ də dünya mediasının diqqət mərkəzindədir. Yekdil fikir ondan ibarətdir ki, çağdaş texnologiyaya söykənən silahlarla müharibə meydanına atılan Azərbaycan müasir dünyanın hərbi nəzəriyyəsində köklü dəyişikliyin vacibliyini sübut etdi. Bundan sonra Yer üzündə baş verəcək bütün müharibələrdə bu amilin nəzərə alınması mütləqdir.

Bu barədə ABŞ, Böyük Britaniya, Avropa Birliyi, Çin, Hindistan, Yaponiya kimi öncül ölkələrin hərbi ekspertləri onlarla məqalələr yazıblar. Xüsusən NATO kimi hərbi gücə bağlı beyin mərkəzləri Azərbaycan-Ermənistan savaşını ən xırda hissələrinə qədər təhlil ediblər. Azərbaycan özü də fərqinə varmadan bütün dünyanın hərbi baxışlarını dəyişib.

İndiyə qədər “Yeni Müsavat” olaraq bu mövzunu yaxından təqib etməyə çalışmışıq. Müxtəlif media orqanlarında bu mövzudakı məlumatları, təhlilləri oxucularımıza çatdırmışıq. Bu gün sizlərə təqdim etdiyimiz material da bu qəbildəndir.

“Defence Connect” (www.defenceconnect.com.au) Avstraliyanın müdafiə və milli təhlükəsizlik sektorunu təmsil edən ən nüfuzlu media mərkəzidir. Bügünlərdə bu sayt “From Armenia and Azerbaijan, what can Australian learn?” (Ermənistan və Azərbaycandan Avstraliya nə öyrənə bilər?) adlı məqalə ilə çıxış edib. Hərbi mütəxəssis Liam Garman-ın qələmə aldığı yazının xülasəsini sizlərə təqdim edirik.

44 günlük Vətən müharibəsi və yeni siyasi reallıqlar

Məqalədə deyilir ki, müharibə təbiəti etibarı ilə dinamikdir. Fərqli şərtlərin diktəsi ilə ortaya çıxan çətinliklərin öhdəsindən gəlmək üçün özünü davamlı şəkildə yeniləyir. Azərbaycan-Ermənistan müharibəsində əsasən texnoloji dəyişikliyə diqqət yetirmək gərəkir.

Pilotlu və pilotsuz olmaqla havada istifadə olunan müxtəlif cihazların simbiozu strateji və texnoloji çevrilmənin astanasındadır. Bu mənada mübahisəsiz olaraq texnoloji cəhətdən üstün olan Azərbaycan tərəfindən Ermənistanın ənənəvi döyüş qüvvələrinə meydan oxuması və qarşı tərəfi ciddi şəkildə sıradan çıxarmasının şahidi olduq. Əslində Azərbaycan-Ermənistan münaqişəsi zamanı ilk dəfə texnoloji üstünlüyün nəyə qadir olduğu aydın şəkildə gözlər önündə sərgiləndi: “Ermənistanın bahalı silahları texnologiyaya söykənən ucuz Azərbaycan silahları ilə rəqabətdə müharibəni uduzdu. Bu müharibədən çıxarılacaq dərs sadədir: ənənəvi silahlardan istifadə edən ordu texnologiyaya söykənən ordunun qarşısında duruş gətirə bilmir. Bəs Avstraliya bu nümunədən nə öyrənə bilər?”

Müəllif Avstraliya ilə qonşu İndoneziyanın hərbi imkanlarını müqayisə edir. Xatırladaq ki, Avstraliyanın 25.5 milyon, İndoneziyanın isə 270 milyon əhalisi var.

Məqalədə deyilir ki, Avstraliya 80 min, İndoneziya isə 400 min hərbçiyə malikdir. Avstraliyanın arsenalında 59, İndoneziyanın isə 300-500 (fərqli mənbələrə əsasən) tankı var. Avstraliya ordusu həm hərbçilərin, həm də tankların sayı baxımından İndoneziyadan ciddi şəkildə geridə qalır. Üstəlik, İndoneziya ilk dronları 2019-cu ildə əldə edib. Prezident Coko Vidodo göstəriş verib ki, ölkə 2022-ci ilə qədər dronların yerli istehsalına başlamalıdır: “Gördüyünüz kimi, rəqibimizdən çox geri qalırıq”.

Əlbəttə, Azərbaycan olaraq Avstraliya ilə İndoneziya arasında olan hərbi rəqabət bizim üçün o qədər də önəmli deyil. (Sadəcə onu deyim ki, bu iki ölkə arasında münasibətlər XVI əsrdən etibarən gərgin olub. Düzdür, İndoneziya dövlət olaraq XX əsrdə yaranıb. Ancaq həmin ərazidəki insanlarla Avropadan gələn müstəmləkəçilər arasında münaqişənin kökü o vaxtlara gedib çıxır. Elə indi də bu münasibətlər o qədər də ürəkaçan deyil – E.H.) Ancaq bu rəqabətdə Azərbaycanın hərb sənətində həyata keçirdiyi yeniliyin diktə etdiyi reallıqların nəzərə alınması bir daha onu sübut edir ki, müasir ordunun ən üstün texniki avadanlıqlara təchiz olunması qələbəni şərtləndirən əsas amildir. Bundan sonra da Azərbaycan ona qələbə sevinci yaşdan bu amilə xüsusi diqqət etməlidir.

Qarabağ müharibəsi “Bayraktar”ların müştərisini artırdı | No Comment

Müəllif yazır ki, Avstraliya əhali baxımından İndoneziya ilə rəqabət apara bilməz. Ancaq hərbi texnologiya baxımından bunu etmək mümkündür.

Məqalənin ən maraqlı yeri şübhəsiz ki, Polşa süvarilərinin Hitler Almaniyasının tanklarına qarşı keçirdiyi hərbi əməliyyatla bağlıdır. Hərbi mütəxəssis Liam Garman 1939-cü ildə baş vermiş həmin döyüşü Azərbaycan-Ermənistan müharibəsi ilə müqayisə edir. Erməniləri Polşa süvarilərinə bənzədən müəllif yazır ki, Ermənistan ordusu və hava qüvvələri Azərbaycan dronlarının dağıdıcı gücünü hesablaya bilməmişdi.

Kiçik bir haşiyə çıxaraq qeyd edim ki, Polşa süvarilərinin alman tanklarına qarşı döyüşü barədə o vaxt faşistlər kinayə ilə yazmışdılar ki, Polşa süvariləri öz qılıncları ilə alman tanklarını taxıl kimi biçmək xəyalına düşmüşdü. Ancaq döyüş meydanında polyakların və atların cəsədləri qaldı. Polşa təbliğatı isə iddia edirdi ki, onların qılıncları alman tanklarının qarşısını sipər çəkdi…

Aprel döyüşlərinin israilli “qəhrəmanları” - “Harop” və “Spayk”

Məqalədə deyilir ki, azərilər hətta dron vasitəsi ilə “NATO-nun qorxduğu” bir ədəd “İskəndər” raket kompleksini də məhv edib.

Məqalədə ABŞ-ın müdafiə sənayesinə bağlı beyin mərkəzi olan CNA təhlilçisi Michael Kofmanın fikrinə də yer verilib: “Pilotsuz uçaqlar kiçik ölkələrə taktiki aviasiyaya çox ucuz giriş təklif edir. Dronlar vasitəsi tanklar və hava hücumundan müdafiə sistemləri kimi daha bahalı silahların məhv edilməsi təmin olunur”.

Rusya İdlib'deki HTŞ terörist eğitim kampını İskender-M balistik füzelerle  vurdu | Haberrus
Müəllif xatırladır ki, bu taktikadan ilk dəfə Türkiyə İdlib şəhərində uğurla istifadə edib.

Məqalədə xüsusi ilə iddia okunur ki, Avstraliya hərbi sahədə İndoneziya qarşısında mövcud olan geriliyini aradan qaldırmaq üçün hərbi texnologiyaya üstünlük verən Azərbaycanın tutduğu yolla getməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*