Avstraliya azərbaycanlıları BMT-ni İrandakı etnik millətlərin müdafiəsinə qalxmağa ÇAĞIRDIbackend

Avstraliya azərbaycanlıları BMT-ni İrandakı etnik millətlərin müdafiəsinə qalxmağa ÇAĞIRDI

Avstaliyada yaşayan azərbaycanlı icması İran İslam Respublikasında yaşam savaşına qalxan etnik ərəblərin mübarizəsinin dəstəklənməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşə müraciət edib.

KONKRET.az-a açıqlamasında Avstraliya–Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta bildirib ki, BMT Baş katibinə ünvanlanan müraciətdə İranın qeyri-fars mənşəli müxtəlif yerli xalqlardan ibarət olduğu nəzərə çatdırılıb. Qeyd edilib ki, əhalinin 70%-ni təşkil edən etnik millətlərin sırasına Güney Azərbaycandan olan türklər (40 milyon), bəlucilər, ərəblər, kürdlər, qaşqay türkləri, türkmənlər, lurlar və başqaları daxildir.

Sənəddə fars rejiminin yerli etnik millətlərə qarşı sistematik olaraq assimilyasiya və ayrı-seçkilik siyasətini yürütdüyü vurğulanıb. Əlavə edilib ki, rəsmi Tehran farsların yaşamadığı bölgələrin maliyyələşdirilməsini məhdudlaşdırmaqla və qeyri-səmərəli şəkildə idarə etməklə etnik millətləri cəzalandırır. Hətta rejimə qarşı etiraz aksiyalarına görə milli etniklər ərzaqdan, içməli sudan və elektrik enerjisindən məhrum edilir, doğma dillərində təhsil almalarına və mədəniyyətlərini təbliğ etmələrinə şərait yaradılmır, neft sənayesində çalışan minlərlə fəhlənin maaşlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması barədə tələbi eşidilmir, iş yerlərinin açılmasına əngəllər törədilir. Bu illər ərzində İranda daha tez-tez iğtişaşların baş verdiyi, fars rejiminin repressiya tədbirlərinin getdikcə sərtləşdirdiyi, İran polislərinin Xuzistan əyalətinin müxtəlif şəhərlərində ərzaq, su, işıq tələbi ilə ayağa qalxan yerli ərəblərə atəşə tutduğu və dinc aksiyaçılar arasında tələfata səbəb olduğu nəzərə çatdırılıb.

Bu etirazların çoxsaylı qeyri-fars millətlərin fundamental insan hüquqları uğrunda mübarizəsinin rəmzi olduğu vurğulanıb.

Avstraliya–Azərbaycan Assosiasiyası dünya birliyini və BMT-ni İrandakı etnik millətlərinə qarşı törədilmiş cinayətləri sərt şəkildə qınamağa, qeyri-fars millətlərinin fundamental azadlıqlar uğrunda mübarizələrini dəstəkləməyə çağırır.

Qeyd edək ki, son günlər İranda su və elektrik enerjisi qıtlığı yaşanır. Sosial şəbəkələrdə 50 dərəcədən yuxarı istinin qeydə alındığı Xuzistan əyalətinin müxtəlif şəhərlərində keçirilən etirazların foto və videoları paylaşılır.

Xatirə Sadiq,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*