Avstraliyalı paleontoloqlar ilk dəfə olaraq 100 milyon il əvvəl yaşamış Elasmosaurusun bütöv skeletini aşkar ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə “The Australian” qəzeti məlumat yayıb.
Bildirilib ki, fosillər Avstraliyanın şimal-şərqində, Kerns şəhərindən 800 km cənub-qərbdə yerləşən Makkinli qraflığında qazıntılar zamanı həvəskar arxeoloqlar tərəfindən tapılıb.
Alimlər qeyd edib ki, tapılan Elasmosaurus skeleti bu nəsli kəsilmiş dəniz sürünənlərini ətraflı şəkildə öyrənməyə imkan verəcək.
İqbal Rzayev,
KONKRET.az