Avstraliyalı alpinist Everest zirvəsində ÖLDÜbackend

Avstraliyalı alpinist Everest zirvəsində ÖLDÜ

Avstraliyalı alpinist dünyanın ən hündür zirvəsi (dəniz səviyyəsindən 8848 metr yüksəklik) olan Everestdən enərkən dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Sydney Morning Herald” nəşri məlumat yayıb.

Bildirilib ki, Ceyson Kennison mayın 19-da dünyasını dəyişib.

Alpinistin ölüm səbəbi ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Onun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Qeyd edək ki, bu yaz Everestdə ölənlərin sayı artıq 8-ə çatıb. Mayın 18-də Çin və Hindistandan olan iki alpinist dünyasını dəyişib. Mayın 17-də isə Moldovadan olan idmançı zirvəyə qalxarkən həlak olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*