“Avstriya Ukraynanın Avropa İttifaqına daxil olmasına mane olmağı planlaşdırmır. Amma o, blokdan Bosniya üçün də müsbət qərarlar istəyir”.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilir ki, bir müddət əvvəl Avstriyanın Avropa işləri üzrə naziri Karolin Edstadler ölkəsinin Bosniya və Herseqovinanı Avropa İttifaqının üzvü kimi görmək istədiyini dilə gətirib. O, belə bir addımın geosiyasi zərurət olduğunu qeyd edib.
Jurnalistlərin fikrincə, dekabrın 14-15-də keçiriləcək blok ölkələri liderlərinin sammitinin gündəmində Ukrayna ilə danışıqlara başlamaq məsələsi olduğundan Avstriya Aİ-nin Bosniya ilə bağlı müsbət qərarlarının mümkünlüyünü proqnozlaşdırır.
Burhan,
KONKRET.az