AVRO-2024: Avstriya Polşa millisini məğlub etdibackend

AVRO-2024: Avstriya Polşa millisini məğlub etdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

KONKRET.az xəbər verir ki, D qrupunun ilk matçında Polşa və Avstriya yığmaları üz-üzə gəliblər. Görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Avstriyanın heyətində qolları Gernot Trauner, Kristof Baumqartner və Marko Arnautoviç vurub. Polşada isə Kjiştof Piatek fərqlənib.

Qrupun digər görüşündə isə Niderland və Fransa komandaları meydana çıxacaqlar. Oyun 23:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*