Ukrayna prezidenti Volodimir Zelenskinin videokonfrans vasitəsilə Federal Məclis qarşısında çıxışı zamanı müxalifət partiyası olan Avstriya Azadlıq Partiyasının (FPÖ) deputatları sessiyanı tərk ediblər.
KONKRET.az xəbər verir ki, FPÖ sözçüsü Kristian Hafenecker, “Müharibədə olan bir ölkənin prezidentinin bu şəkildə danışması daimi bitərəfliyimizin açıq şəkildə pozulmasıdır”, – deyə bildirib.
O qeyd edib ki, bu videokonfrans çıxışı heç bir halda Milli Şuranın sessiyasının tərkib hissəsi deyil.