Avstriyanın xarici işlər naziri Aİ-nin Livandan sülhməramlılarını geri çəkməyəcəyini açıqlayıbbackend

Avstriyanın xarici işlər naziri Aİ-nin Livandan sülhməramlılarını geri çəkməyəcəyini açıqlayıb

BMT-nin Livandakı Sülhməramlı Qüvvələrini  oradan çıxarmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Reuters agentliyinə müahibəsində  bildirib.”Qoşunların çıxarılması və ya oxşar məsələlərlə bağlı heç bir müzakirə aparılmayıb. Onlar orada qalacaqlar, lakin qoşunlarımızın təhlükəsizliyi birinci dərəcəli əhəmiyyət kəsb edir və hər kəs tərəfindən təmin edilməlidir”. Eyni zamanda, Şallenberq vurğulayıb ki, İsrail  Hizbullah hərəkatına qarşı özünü müdafiə etmək hüququna malikdir. Lakin bununla belə, sülhməramlıların mövqelərinə qəsdən hücumlar  beynəlxalq hüququn pozulmasıdır.

Xatırladaq ki, UNIFIL-ə 16 ölkə daxildir. 10 min əsgərdən 3600-ü Aİ sülhməramlılarıdır. Onlardan 160-ı Avstriyadandır. İsrailin baş naziri Benyamin Netanyahu bu yaxınlarda BMT-ni sülhməramlıları dərhal döyüş bölgəsindən çıxarmağa çağırıb. Oktyabrın 10-da İsrailin atəşə tutması nəticəsində Livanda 2 BMT sülhməramlısının, oktyabrın 11-də isə daha ikisinin yaralandığı bildirilir. Oktyabrın 12-də isə 1 sülhməramlı yaralanıb. BMT-nin baş katibi Antonio Quterres xəbərdarlıq edib ki, Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin sülhməramlılarına hər hansı hücum “müharibə cinayəti” sayıla bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*