Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik – Yenilikbackend

Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik – Yenilik

AYNA ictimai nəqliyyatda nağdsız ödəniş və yeni mobil tətbiqləri istifadəyə hazırlayır.

Belə tətbiqlərdən biri də hazırda test mərhələsində olan MaaS (Mobility as a Service) tətbiqidir. Mobil tətbiqi vasitəsilə istifadəçilər avtobusların gəliş vaxtını real vaxt rejimində izləyə biləcəklər.

KONKRET.az-ın xəbərinə görə, Modern.az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib ki, AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real vaxtda izləyə biləcəklər.

“Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək”, – qurumdan verilən açıqlamada qeyd olunub.

Agentlik bildirir ki, sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda AYNA tərəfində innovativ həllər üzərində iş aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*