Avtomobil 58 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜbackend

Avtomobil 58 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ

Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Qusar-Xudat yolu ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Vəlibəyov Nizami Şövkət oğlunu “VAZ-2107” markalı avtomobil vurub.

Məlumata görə, N.Vəlibəyov aldığı xəsarətlərdən ölüb.

Onun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədərək ərazidən uzaqlaşan sürücünün kimliyi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*