Avtomobil alanların NƏZƏRİNƏ: Nəqliyyat vasitəsini öz adınıza keçirtmək üçün…backend

Avtomobil alanların NƏZƏRİNƏ: Nəqliyyat vasitəsini öz adınıza keçirtmək üçün...

Avtomobil alqı-satqısı zamanı qeyri-rəsmi ödənişlərə yol verməmək və nəqliyyat vasitəsini tam qanuni şəkildə öz adına keçirmək istəyən şəxslər üçün mühüm tövsiyələr verilib.

Bu barədə KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə bildirib ki, avtomobili rəsmi və problemsiz şəkildə öz adına keçirmək istəyən alıcının ilk növbədə nəqliyyat vasitəsinin tam dəyəri üzərində olmalıdır.

Turan Abdullazadə

“Əgər siz, məsələn, 35 min manata avtomobil alırsınızsa, bu məbləğ alqı-satqı müqaviləsində tam şəkildə göstərilməli və həmin pul qeydiyyat şöbəsinin daxilində fəaliyyət göstərən bank vasitəsilə birbaşa satıcıya ödənilməlidir. Bu zaman heç bir əlavə və ya qanunsuz ödənişə ehtiyac qalmır və avtomobil rəsmi qaydada sizin adınıza keçirilir”, – deyə hüquqşünas izah edib.

Onun sözlərinə görə, problemlər əsasən vətəndaşların “etibarnamə” ilə avtomobil alması zamanı yaranır:

“Belə hallarda vətəndaş əvvəlcədən avtomobilin pulunu ödəyir, lakin nəqliyyat vasitəsi hüquqi olaraq onun adına keçmir. Bu isə gələcəkdə qeydiyyat zamanı müxtəlif çətinliklərə səbəb olur”.

Turan Abdullazadə əlavə edib ki, avtomobil alışı zamanı ən düzgün və təhlükəsiz yol, avtomobil sahibinin alqı-satqı zamanı qeydiyyat şöbəsinə gətirilməsi, müqavilənin orada bağlanması və texniki pasportun birbaşa alıcının adına rəsmiləşdirilməsidir.

Hüquqşünas vətəndaşları qeyri-rəsmi yollarla avtomobil alıb-satmaqdan çəkinməyə çağırıb və qeyd edib ki, yalnız bu qaydalara əməl etməklə gələcək hüquqi mübahisələrdən və maddi itkilərdən qorunmaq mümkündür”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*