Avtomobil dərəyə aşdı – Yaralılar varbackend

Avtomobil dərəyə aşdı - Yaralılar var

Şəki rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə,  Bakı şəhər sakinləri – 1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*