Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şamaxı şəhər sakini yerləşdirildiyi xəstəxanada ölüb.
KONKRET.AZ bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də saat 19 radələrində Şamaxı şəhər sakini Eldəniz Kərimov idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.