“Avtomobillərin texniki baxışı korrupsiya elementidir” – AÇIQLAMAbackend

"Avtomobillərin texniki baxışı korrupsiya elementidir" - AÇIQLAMA

“Azərbaycanda texniki baxış kimə lazımdır? Hamı bilir ki, bu rüşvət mənbəyidir. Pulunu verirsən, sənədini verirsən, peçat vururlar, sonra xoş getdin”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Prime tv” YouTube kanalının efirində Şahin Nəcəfov bildirib.

O belə bir ritorik sualla çıxış edib ki, bu korrupsiya elementini hələ də qüvvədə saxlamaq kimə xidmət edir?

“Hələ üstəlik ultrizasiya pulu alırlar. Deməli, 40 ilin maşınına – maşın yoxdur ee, yol polisinə getməyə həç “nəfəsi” çatmaz ki, getsin orda texniki baxışdan keçsin. Hələ belə maşına ultrizasiya pulu da əlavə ediblər. Belə maşın necə texniki baxışdan keçə bilər?”.

Günel Mikayılova,
KONKRET.az

  • Emin
    Oktyabr 18, 2024 - 10:22

    Məsələ burasındadı ki 40 ilin maşınıynan insannar çörək pulu qazanır o da olmasa ac qalacaq məcbur etmək isdiyirlər ki bu maşınnarı min beş yüz manata versinnər utilizasiyaya o pulun üstünə 25 min qoyub hibrit ya da elektromobil alsınnar

  • Vüqar
    Oktyabr 19, 2024 - 08:18

    1.6 matora kağıza yazdı 150 manat .özüdə dilnən demir kağıza yazır deyir oxu. yalvardım 130 varımdı dedi olmaz. qəbzdə gördum otuz neçə manatsa yazılıb.baxın bu özbaşınalığı.demək qorxu yoxdu.demək bu ruşvətdən xeberləri var,guvənib edirlər .guya bilmirlər orda tuğyan edir ruşvət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*