Rusiya liderinin müxtəlif tədbirlərdə Türkiyə Prezidenti ilə əl sıxmaq üçün bir az ayaq üstə qalması normaldır. Çünki sanksiyalardan boğulan Putinin nəfəsliyi Ərdoğanın əlindədir. Bunu istər taxıl, istərsə də Avropaya qaz ixracları ilə izah etmək olar.
KONKRET.az xəbər verir ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Əvvəlcə hamının fikri görüşdən sonra səslənəcək bəyanatlara köklənmişdisə, Nikolun Vladimiri gözlətməsi diqqət mərkəzini başqa nüansa yönəltdi.
Paşinyanın Putini ayaq üstə gözlətməsini qiyamətə yozanlar da olub. Əsaslı səbəblər var:
– Putin Axilles, Paşinyan da troyalı Yelena deyil;
– Amma Ermənistanı Rusiya yaradıb;
– Göyçə və Zəngəzuru da haylara Kreml verib;
– Daşnakların “miatsum” ideologiyasının müəllifi Rusiyadır;
– Qarabağa erməniləri köçürən və konflikt yaradan Moskvadır;
– Hazırda erməniləri orada qondarma rejim kimi bəsləyən də rus sülhməramlılardır;
– Nikoldan əvvəlki erməni rəhbərlər Rusiya liderinin çırtma səsini eşitcək Moskvada peyda olurdular;
Amma Nikol Qərbin adamıdır və Amerika-Avropa dueti Rusiyanı noqdauna salıb. Paşinyan Putini ayaq üstə gözlədirsə, Kremlin nokautuna az qalıb.
Həmin videonu təqdim edirik:
Natiq Səlim,
KONKRET.az