“Axmat” döyüşçüləri Ukrayna tərəfinə keçdilərbackend

“Axmat” döyüşçüləri Ukrayna tərəfinə keçdilər

Əsir götürülən “Axmat” döyüşçüləri Ukrayna Silahlı Qüvvələrinin tərkibində xidmət edəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın Telegram kanalları yazıb.

“Kəşfiyyat mənbələri bizə bildiriblər ki, “Axmat” batalyonunun Kursk vilayətində əsir düşən bəzi hərbçiləri düşmənə xidmət edəcəklər. Ən azı 11 məhbus Ukrayna Silahlı Qüvvələrinin döyüş briqadalarında təlim keçib”, – məlumatda deyilir.

Bundan əvvəl “Axmat” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov Telegram kanalında könüllü təslim olan çeçen döyüşçülərini əsirlikdən xilas etmək niyyətində olmadığını bildirmişdi.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*