Axtarışda olan general İspaniyada ələ keçdibackend

Axtarışda olan general İspaniyada ələ keçdi

ABŞ tərəfindən axtarılan venesuelalı sabiq general Huqo Armando Karvaxal Barriso İspaniyada saxlanılıb.

KONKRET.az xəbər verir ki, sabiq general narkotik qaçaqmalçılığı ittihamı ilə axtarışda olub.

ABŞ Narkotiklə Mübarizə İdarəsinin xəbərdarlığı əsasında İspaniya polisi əməliyyat keçirib. Əməliyyat çərçivəsində Karvaxal paytaxt Madriddə saxlanılıb.

Təxminən 2 ildir qaçaq həyatı yaşayan sabiq general haqqında məhkəmənin qərarı ilə həbs qəti tədbir imkanı seçilib.

İspaniya Ali Məhkəməsinin qarşıdakı günlərdə Karvaxalı ABŞ-a təhvil verməsi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, Karvaxal Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətə gədiyi ilk vaxtlarda Hərbi Kəşfiyyat İdarəsinin rəisi olub. O, Kolumbiya İnqilabçı Silahlı Qüvvələri ilə birgə ABŞ ərazisində narkotik istehsalı, qaçaqmalçılığı və çirkli pulların yuyulması cinayəti ilə ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*