AY Partiya müstəqilliyimizin ildönümü ilə bağlı tədbir keçirdibackend

AY Partiya müstəqilliyimizin ildönümü ilə bağlı tədbir keçirdi

Bu gün Azərbaycan Yüksəliş Partiyasının qərargahında dövlət müstəqilliyimizin bərpasının 30-cu ildönümü ilə əlaqədar “Hürriyyət havasını tənəffüs edək” adlı tədbir keçirilib.
KONKRET.az xəbər verir ki, tədbiri AY Partiyanın başqan müavini Ehtiram İlham açaraq, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin iclasında dövlət müstəqilliyinin bərpası haqda Konstitusiya Aktının qəbul olunduğunu xatırladıb. O vaxtdan 18 oktyabrın bizim qürur günümüz olduğunu diqqətə çatdırıb.
Sonra AY Partiya başqanı Anar Əsədli müstəqilliyimizin bərpa olunması, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı böyük xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə yadigarı Rəis Rəsulzadəyə, tarix elmləri doktoru, professor Nəsib Nəsibliyə, araşdırmaçı-alim, professor Bora Əziziliyə, politoloq Oqtay Qasımova, milli şair Ayaz Arabaçıya və araşdırmaçı-jurnalist Akif Aşırlıya plaket və hədiyyə təqdim edib.
Mükafatlandırılan aydınlar diqqət üçün təşəkkürlərini bildiriblər.
Sonda AY Partiya üzvləri və qonaqlar çay süfrəsi arxasında səmimi söhbət ediblər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*