
Ziyalı, savadlı insanlar xaric bu sonluqla barışmayan, özünü ağıllı göstərənlərin böyük əksəriyyəti məhəllə politoloqlarıdır. Fakt belədir, “bura bir qoşa yeri deyildi”dən birbaşa Putinin çıxışını analiz etməyə keçən adam onu qane edən qələbəyə də qoymağa bir qulp mütləq tapacaq onsuz da.Yadıma bilirsinizz nə düşdü? Ötən il yataqxanalardan bir otaqlı sınıq-sökük evlərdən köçürülüb, yeni tikilmiş mənzillərlə təmin olunan məcburi köçkünlər var idi. Onların bir hissəsi “bizə niyə mətbəx mebeli verməmisiniz” deyə aksiya keçirib yolu bağlamışdılar.))) Sanki ötən 20-25 il anidən yadlarından çıxmışdı.
Ay sizin qadanızı alım, anlayıram, rusların gəlməyi, yenidən birgə yaşayış zad, tam olaraq heç kimi qane etmir. Niyə? Çünki südlü aş ağzımızı bir dəfə necə yandırıbsa, indi qatığı da üfləyə-üfləyə yeyirik. Buna görə də ürəyimiz fərəhlənə bilmir. Ancaq bir vacib məsələni unutmayaq ki, ərazi bütövlüyümüzü bərpa etmişik və buna qan bahasına nail olmuşuq. Artıq işğal faktı yoxdur və bayrğımız bütün torpaqlarımzda dalğalanacaq. Çox şüküt ki, alnımız açıqdır daha. Xahiş edirəm, qələbəmizə kölgə salmayaq. Əmin olun ki, sülhməramlılar da ölkəmizdə müvəqqətidir. Bizə Şuşanı vəd verən komandan, bizi ən ülvi məqsədimizə də çatdıracaq. İnanın!!!