İstanbuldakı Müqəddəs Sofiya (Aya-Sofiya) məbədinin mühafizəsinə daimi olaraq 500 polis işçisi cəlb olunacaq.
KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
“Bu gündən etibarən Aya-Sofiyada 500 asayiş keşikçisi davamlı olaraq növbəli şəkildə xidmət yerinə yetirəcək”, – deyə ölkə başçısı Ankarada çıxış edərkən bildirib.
APA