Ayaz Məmmədov nazir müşaviri postundan istefa verdibackend

Ayaz Məmmədov nazir müşaviri postundan istefa verdi

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov öz istəyi əsasında vəzifəsindən istefa verib.

KONKRET.az xəbər verir ki, bu barədə o, özü facebook səhifəsində məlumat yayıb.

2017-ci ildə müşavir təyin olunan A.Məmmədov bildirib ki, istefasının əsas səbəbi Gürcüstanın hazırkı hakimiyyətinin son zamanlar yürütdüyü siyasəti dəstəkləməməsidir.

Qeyd edək ki, A.Məmmədov Gürcüstanda son həftə ərzində istefa verən ikinci dövlət məmurudur. Belə ki, iyulun 15-də Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov öz arzusu ilə vəzifələrindən gedib. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*