Aygün Kazımova muzeyini açacaq – VİDEObackend

Aygün Kazımova muzeyini açacaq - VİDEO

Xalq artisti Aygün Kazımova uzun illərdir səhnədəki  özəl geyimləri ilə tanınır. Pop diva 20 ildən çoxdur ki, səhnə geyimlərini qoruyub saxladığını və onları kolleksiya olaraq gələcəkdə daha da dəyərləndirəcəyini bildirib.  Kazımova bu geyimlərin onun sənət həyatının bir parçası olduğunu və hər birinin özündə unudulmaz xatirələr saxladığını vurğulayıb.

KONKRET.az xəbər verir ki, Xalq artisti gələcəkdə səhnə geyimlərindən ibarət bir ev muzeyi açmağı planlaşdırır. Bu muzeydə onun illər ərzində istifadə etdiyi ən diqqət çəkici və xüsusi geyimlər yer alacaq. Pop diva həmin geyimləri yalnız öz sənət həyatını deyil, həm də onunla bağlı olan xatirələri və təcrübələri yaşatmaq üçün sərgiləmək istədiyini bildirib. .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*