Xalq artisti Aygün Kazımovanın Qarabağda keçirilməsi nəzərdə tutulan Yeni il şənliyində çıxış üçün yüksək məbləğdə ödəniş tələb etməsi ilə bağlı məlumatlar yayılıb.
KONKRET.az xəbər verir ki, Xalq artistinin 45 min manat özünə, 75 min manat səhnə dekoru-işığa, 85 min manat isə heyətinə ödəniş (ümumilikdə təxminən 200 min manat) tələb etdiyi iddia olunub.
Globalinfo.az məsələni dəqiqləşdirmək üçün tədbirin təşkilatçılarından “Evvent Office” ilə əlaqə saxlayıb.