Kredit borcunu gecikdirənlərin NƏZƏRİNƏ: Əgər həmin gün ödəniş etməsəniz…backend

Kredit borcunu gecikdirənlərin NƏZƏRİNƏ: Əgər həmin gün ödəniş etməsəniz...

Kreditlərin qaytarılmasında gecikmənin hansı tarixdən hesablanması məsələsi bir çox borcalan üçün maraq doğurur. Maraqlıdır, gecikmənin başlanma tarixi müqavilədə ayrıca göstərilir, yoxsa ödəniş günü bitəndən sonra avtomatik hesablanır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, gecikmə ödəniş günü başa çatdıqdan sonra avtomatik hesablanır.

“Kəşbək banklar üçün xərcdir” - Əkrəm Həsənov

Onun sözlərinə görə, bu, əsasən iki formada tətbiq olunur:

“Müqaviləyə ödəniş cədvəli qoşulur və orada hər ay ödənilməli olan məbləğ və tarix göstərilir. Əgər həmin gün ödəniş həyata keçirilməzsə, növbəti gündən gecikmə hesablanır. Bəzi hallarda isə müqavilədə ayrıca qeyd olunur ki, hər ayın müəyyən günündə ödəniş edilməlidir”.

Ekspertin sözlərinə görə, bu qayda kredit kartlarına da aiddir. Kredit kartlarında ödəniş cədvəli olmur: yalnız faizlərin hər ay müəyyən tarixədək ödənilməsi tələb edilir, əsas borc isə istənilən vaxt qaytarıla bilər.

“Əgər 2 gün gecikmə olarsa, bu, artıq kredit tarixçəsində görünür. Lakin bu, gələcəkdə kredit almaq imkanlarına ciddi mənfi təsir göstərmir. Çünki qısa müddətli gecikmələr daha çox texniki xarakter daşıyır. Amma hər bir halda bu, gecikmə sayılır”, – deyə Ə.Həsənov vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

  • Fexreddin
    Sentyabr 17, 2025 - 22:52

    Mənə komey edin imkanım yoxdur

    • Niyaz
      Sentyabr 21, 2025 - 20:42

      Bu da millətin soyulmasının bir növü. Hansı müft yeyən xeyir danısar? Şəxsən kredit almışam,ödəyən deyiləm

  • Rəşad
    Sentyabr 18, 2025 - 20:35

    Mənim kreditim var biznesim varıydı 9 ildi mağaza işlədirdim 4 il aktiv vöönlə işləmişəm indiyə kimi də heç vaxt ödənişlərimdə məndə prablem olmuyub mağaza plana getdi mən arendaya işlədirdim mənə oldu nə oldusa malım falan hər şey batdı ərazidən də mağaza tapa bilmədim 5000 kredit götürmüşdüm biznes kartı düzdü zamin falan heçnə yoxdu amma ödüyə bilmədim adıma gecikmə düşdü indidə ödüyə bilmirəm biznes kartıdı biznesim də yoxdu nə kassa aparatı nə vöyün adıma baxsalar görərlər mağaza batdı mən neyniyə bilərəm bu hakqa

  • Rahil
    Sentyabr 21, 2025 - 14:08

    Mən vətən muharibəsi qazisiyəm 2-ci qurup əlil Mahmudov Rahil Qorxmaz iş qabiliyyətim yoxdu pensiya təqaüdlə keçinirəm 1015 azn kredit götürdüm ehtiyac var idi o vaxt vəziyyətim yaxşı idi ödəniş vaxtında edirdim indi ailə vəziyyəti maddi vəziyyətim yaxşı deyil dövlətimiz mənə bir hörmət etmirki mən vəziyyətdən çıxım heç olmasa ödəniş tarixin dəyişsin

    • Niyaz
      Sentyabr 21, 2025 - 20:45

      Milləti talamağın yeni növü. Şəxsən almışam ödəyən deyiləm

  • Niyaz
    Sentyabr 21, 2025 - 20:44

    Niyə göstərilməyir? Haqqı yazmişam deyə?

  • Osman
    Sentyabr 23, 2025 - 17:44

    Mende isleyirdim odeyirdim vaxtinnan evvel indi 7 min kreditim var odeye bilmirem kankret surunurem yasamiram ne ola ola cehenneme olsun onsuzda bezmisem

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*