Aylıq internet puluna görə anasını döydübackend

Aylıq internet puluna görə anasını döydü

Rusiyanın Kostroma vilayətinin sakini anasını hamamda döyüb.

KONKRET.az xəbər verir ki, 20 yaşlı oğlan mobil internet haqqını ödəmək üçün anasından pul istəyib. O, rədd cavabı aldıqdan sonra yumruqları ilə qadına hücum edib.

Qadının qışqırtısını eşidən qonşular polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayana qədər, oğlan anasının bank kartından pul oğurlayıb və mütəmadi olaraq onu döyüb. Oğula qarşı cinayət işi açılıb, adamı 7 ilə qədər həbs gözləyir.//Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*