“Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Davit Tonoyan qondarma istintaq komissiyasında çıxış edərək maraqlı çıxışlar etdi. Tonoyan açıq-aydın şəxsi sferaya girmir, qeyri-peşəkar, həvəskar səviyyədə müzakirələrə yol verməməyə çalışır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri ekspert Tatev Ayrapetyan bildirib.
Onun sözlərinə görə, Tonoyan düzgün yol tutub. Bunun əksinə olaraq, sual verənlər əvvəlcədən “cümlə” qurur, məsələnin müzakirəsinin mahiyyətini dəyişdirərək istiqamətləndirici suallarla çıxış etməyə çalışırlar. Hesab edirəm ki, Tonoyanın bunun qarşısını almaq üçün böyük səylərə ehtiyacı var”.
Ayrapetyan daha sonra deyib: “Görünən odur ki, Paşinyan və komandası həmin “istintaq komissiyası”nı siyasi oyunların və “özünütəmizləmə” prosesinin mühüm alətinə çevirməyə çalışır. Burada məqsəd səhvləri başa düşmək deyil, daha çox onları təkrarlamamaqdır. Əslində, gec-tez bunların hamısı onların əleyhinə olacaq. Onu da deyim ki, bu mövzuda ictimai müzakirələr əlbəttə ki, Ermənistanın müdafiə səviyyəsini artırmır, əksinə, hər bir diqqətsiz söz düşmən tərəfindən bizə qarşı yönələcək”.
Sevinc Paşayeva,
KONKRET.az